Liviyanın keçmiş lideri Müəmmar Qəddafinini oğlu Seyfülislam Qəddafinin vəkili müvəkkilinin müdafiənin təmini ilə bağlı Britaniya hakimiyyətinə müraciət edib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, hüquqçu Con Couns «Sky News»-a müsahibəsində deyib ki, Liviyada İ.Qəddafini edam hökmü təhlükəsi gözləyir. Bu səbəbdən də vəkil Londonu Seyfülislamın işinin Haaqa Beynəlxalq Məhkəməsinə verilməsinə yardım etməyə çağırıb.
Mənbənin xatırlamasında bildirilib ki, 41 yaşlı Seyfülislam Qəddafi Londonda iqtisadiyyat və siyasi elmlər məktəbini bitirib. Orada ona fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Qəddafinin oğlu 2011-ci ilin noyabrında Liviyanın cənubunda, Zintan şəhərindən olan keçmiş üsyançı dəstə tutub. İndiyə kimi onlar onu mərkəzi hakimiyyətə, Tripoliyə verməkdən imtina edir. Seyfülislam Liviya xalqına qarşı «cinayət işlətmək» ittiham edilir.