Roma katolik kilsəsinin kardinalları martın 12-də öz liderlərini seçəcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, səs vermənin nəticələrinin bilinməsini asanlaşdırmaq üçün tüstü bacaları artıq quraşdırılıb.
Papanın seçkisi Mikelancelonun freskaları ilə bəzədilmiş kilsədə çox gizli bir şəraitdə keçirilir.
Ənənəvi olaraq, namizədin adı ağ vərəqə yazılır. Hər ikinci səsvermədən sonra namizədlərin adı olan bülletenlər yandırılır. Kağızlara xüsusi kimyəvi maddə vurulur.
Bacadan qara tüstü çıxarsa deməli hələ papa seçilməyib, ağ tüstünün çıxması isə katoliklərə yeni başçının seçilməsi deməkdir.
Anlaşılmazlıqdan qaçmaq üçün ağ tüstü kilsə zənglərinin çalınması ilə müşaiyət olunur.