Ukraynanın DİN başçısı  prokurorluqda ifadə verəcək
05 dekabr 2013 21:10 (UTC +04:00)

Ukraynanın DİN başçısı  prokurorluqda ifadə verəcək

Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenkonu ifadə vermək üçün ölkənin  Baş Prokurorluğuna çağırılıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, xüsusi təyinatlı «Berkut» dəstəsinin «səlahiyyət həddini» aşması ilə bağlı istintaqın suallarını cavablandıracaq.

 

Mənbə bildirib ki, müxalifətin tələbələrinə baxmayaraq, nazir istefa verməyəcəyini deyib. «Məhkəmə qanunu pozan 14 nəfərin tutulması haqda qərar qəbul edib. Əlimizdə olan məlumatlara əsasən bir sıra şübhəlilərdə saxlanılacaq. Onların arasında «Bratstvo» təşkilatının lideri Dmitri Korçinsik də var».

 

Vitali Zaxarçenko brifinqdə yaxın zamanlarda istintaqın nəticələrinin təqdim ediləcəyini və «qərar qəbul edilməsi üçün onları Baş Prokurorluğa» veriləcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527
avatar

Oxşar yazılar