Ukrayna milisi müxalifətdə olan «Batkivşina»-nın qərargahına basqınla bağlı tədbir keçirmədiyini bildirib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin Kiyevdəki Baş idarəsi bildirib : «Milis, eləcə də başqa güc qurumları Kiyevdə «Batkivişina»-nın qərargahı yerləşən əraziyə keçmək üçün heç bir tədbir gerçəkləşdirmir».
***
20.05
Əli islahlı Ukrayna milisi xüsusi təyinatlı dəstə, «Berkut»la birlikdə müxalifət «Batkivşina» Partiyasının qərargahına basqın edib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu haqda qurumun mətbuat xidməti xəbər yayıb.
Mənbə bildirib ki, hazırda orada olan əli silahlı «Berkut»çular partiyanın qərargahının qapılarını sındırır. Ofisə heç kim buraxılmır.
Məlumatlara əsasən, milis etiraz aksiyası keçirilən ərazidə barrikadaları yığışdırır.