“Ukraynanın “Nafqoqaz” şirkəti əlverişsiz qiymətlər səbəbindən 2016-cı ilin aprelin 1-dən Rusiya qazının tədarükünü bərpa etmək niyyəti yoxdur. Lakin şirkət qazın qiymətinə dair danışıqların aparılmasına hazırdır”. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”-yə “Nafqoqaz” şirkətindən bildirilib.
“Ukraynanın “Nafqoqaz” şirkəti 2016-cı ilin aprelin 1-dən “Qazprom”dan qazın alışını bərpa etmək niyyəti yoxdur. Buna səbəb “Qazprom”un 2016-cı ilin 2-ci rübü üçün təklif etdiyi qazın qiyməti avropalı tədarükçülərin təkliflərindən xeyli yuxarıdır”, deyə “Nafqoqaz” şirkətindən bildirilib.
Bundan başqa, “Qazprom” “Nafqoqaz”ın sazişlərin müddətinin artırılmasına dair təklifini rədd edib.