Ukrayna müxalifətindən danışıqlar üçün 3 şərt
06 dekabr 2013 22:43 (UTC +04:00)

Ukrayna müxalifətindən danışıqlar üçün 3 şərt

Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün üç şərt irəli sürüb.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, «UDAR» Partiyasının lideri Vitali Kliçko bu şərtləri açıqlayıb.

 

«Birinci şərt, Avromaydanda həbs olunan etirazçılar sərbəst buraxılsın, ikinci, noyabrın 30 meydan dinc nümayişçilərə güc tətbiqində iştirak edən milis əməkdaşları cəzalandırılsın, üçüncü, daxili işlər naziri Vitali Zaxarçenko istefaya göndərilsin. Yalnız bundan sonra biz danışıqlar masası arxasına oturub danışıqlara başlaya və razılığa gələ bilirik»- deyə, o, bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143
avatar

Oxşar yazılar