Ukrayna müxalifətinin liderləri ABŞ və Avropa Birliyindən dinc nümayişlərə qarşı gücdən istifadə edilməsində əli olan ölkənin vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq etməyə çağırıblar.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda müxalifətdəki «UDAR» Partiyasının sədri Vitali Kliçko ABŞ dövlət katibinin Avrop və Avroasiya məsələləri üzrə müavini Viktoriya Nulandla görüşdə deyib.
Görüşdə müxalifətin başqa təmsilçiləri də iştirak edib.
«Biz onlardan xahiş edirik ki, Ukrayna rəsmiləri ilə təmas saxlamasın və dinc nümayişçilərə qarşı gücdən istifadə əmirini verənlərə fərdi sanksiya tətbiq edilsin» -deyə, Kliçkonun partiyasının mətbuat xidmətindən bildirilib.
Onun sözlərinə görə, prezident və hökumət Avropa dəyərlərinə, prinsiplərinə hörmətsizliyini sübut edib.