Ukraynan baş prokuroru Viktor Şokinin istefası qəbul edilib. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ukrayna Ali Radası baş prokuror Viktor Şokinin istefasını təsdiqləyib.
Qeyd edək ki, sabiq baş prokuror fevralın 16-da istefa ərizəsini prezident Pyotr Poroşenkoya təqdim edib. Qeyd edək ki, bundan bir qədər əvvəl baş nazir Arseni Yatsenyuku baş prokuror Viktor Şokini istefaya çağırmışdı.
Onu da qeyd edək ki, Viktor Şokin Ukraynanın baş prokuroru vəzifəsinə ötən ilin fevralında təyin olunub.