Britaniyanın xarici işlər naziri Uilyam Heyq İran xalqını Novruz bayramı münasibəti ilə təbrik edib və gələn il İran İslam Respublikası ilə pozitiv münasibətlərin qurulacağına tərəfdar olduğunu ifadə edib.
APA-nın Britaniya hökumətinin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, Uilyam Xeyq təbrik nitqində dünya iranlarına və Novruz bayramını qeyd edən bütün insanlara təbriklərini və ən xoş arzularını çatdırıb. Böyük Britaniyanın xarici siyasət idarəsinin rəhbəri gələn il iki ölkə arasındakı münasibətlərdə olan problemlərin həll olacağına arzu etdiyini bildirib.
“Mən ürəkdən arzu edirəm ki üzümüzə gələn 1392-ci il (İrandakı təqvim nəzərdə tutulur-red. )hamı üçün faydalı olacaq”- deyə, Uilyam Xeyq təbrik nitqində qeyd edib.