Rusiyanın Tver şəhərində “Slavyanka” Ticarət Mərkəzində yanğın baş verib. Bu barədə Lent.az-a Tverdə yaşayan həmyerlimiz Seyran Əliyev məlumat verib. Məlumata görə, yanğın Mərkəzin ikinci mərtəbəsində başlanıb və bütün binanı əhatə edib.
Nəticədə 800 kvadratmetrlik ərazi yanıb. Hadisə yerinə yanğınsöndürən briqadasının gec gəlməsi səbəbindən yanğının böyüməsinin qarşısını vaxtında almaq mümkün olmayıb.
Məlumata görə, “Slavyanka” Tverdə yaşayan Sahib adlı iş adamına məxsusdur.
Hazırda yanğının səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisə qəsdən törədilib. Çünki, əvvəl də iki dəfə bu ticarət mərkəzində yanğın olub.