Türkmənistan AB-lə  əməkdaşlığı genişləndirməyə hazırdır
03 oktyabr 2013 07:15 (UTC +04:00)

Türkmənistan AB-lə  əməkdaşlığı genişləndirməyə hazırdır

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Avropa Birliyinin Orta Asiya ölkələri üzrə özəl həmtəmsilçisi Patritsiey Florla birlik dövlətləri ilə qarşılıqlı fəaliyyətin əsas perspektivlərini müzakirə edib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu görüş yerli televiziya ilə yayımlanıb.

 

«Avropa vektoru ölkəmizin xarici siyasətinin başlıca strategiyasıdır» - deyə, Türkmənistan lideri bildirib.

 

Prezident qeyd edib ki, Türkmənistan AB ilə ənənəvi çoxtərəfli və ikitərəfli formatda əməkdaşlığı gələcəkdə dərinləşdirmək və genişləndirmək niyyətindədir.

 

Türkmənistanın yanacaq - energetika sektorunun inkişafı və modernləşdirilməsi ayrıca mövzu kimi müzakirə edilib.

 

Görüş zamanı Türkmənistanla Avropa Birliyinin dünyada sülh və təhlükəsizlik kimi vacib məsələlərdə səmərəli tərəfkeşliyə səylərin göstərilməsinin vacibliyi də vurğulanıb 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar