Türkiyədə silahlı münaqişədə 1 polis şəhid olub.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Hakkari Yüksekovada bu gün səhər saatlarında PKK terrorçuları ilə təhlükəsizlik işçiləri arasında silahlı atışma yaşanıb.
Xüsusi xidmətdə çalışan komissar köməkçisi polis yaralanıb. Müdaxilə edilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 13 mart Yüksekovada PKK terrorçuları ilə bağlı küçəyə çıxmaq qadağası qoyulmuşdu.