Türkiyənin şərq bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 01:10-da qeydə alınan yeraltı təkanların episentri Hizan qəsəbəsindən 3 km qərbdə, ocağı 9 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.