Bu ilin yanvar-aprel ayları ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb, Türkiyə, Gürcüstan və Rusiyaya gedənlərin sayı azalıb.
Lent.az-ın “trend”ə istinadən xəbərinə görə, ümumilikdə 2018-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1289,0 min nəfər olub. Ölkə vətəndaşlarının 31,3 faizi Gürcüstana, 27,7 faizi İrana, 21,9 faizi Rusiyaya, 12,2 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,4 faizi kişilər, 31,6 faizi isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,6 faiz artıb, Türkiyəyə gedənlərin sayı 16,1 faiz, Gürcüstana gedənlərin sayı 3,6 faiz, Rusiyaya gedənlərin sayı 1,1 faiz azalıb.
Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.