Suriyada qarşıdurma davam etdikcə, qaçqınların sayı da çoxalır.
Lent.az-ın xarici informasiya vasitələrinə görə, qaçqınlar daha çox İordaniya, İraq və Türkiyəyə sığınırlar.
Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan deyib ki, hazırda ölkəsinə sığınan Suriya qaçqınlarının sayı 250 minə çatıb.
O, hökumətin indiyədək suriyalı qaçqınlara 700 milyon dollar xərclədiyini və bunun davam etdiriləcəyini vurğulayıb.