Bu gün Türkiyə daha bir şəhid verib. Lent.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Hakkarinin Yüksekova rayonunda PKK terrorçularına qarşı əməliyyatlarda 1 polis əməkdaşı həlak olub. Terrorçuıar ilə xüsusi xidmət orqanlarının əməkdaşları uzun müddət atışmalı olublar.
Şəhidin cəsədi Vana gətirilib.
Hadisədən dərhal sonra ərazidə helikopterlər havaya qalxıb və əməliyyatın miqyası artırılıb.