Avqustun 28-də Türkiyəni silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Onun sözlərinə əsasən, silahlı qüvvələr Türkiyə vətəndaşlarının maraqlarını müdafiə etmək üçün istənilən tədbirləri görməyə hazırdır.