ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp Ağ Evdə İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. İran tərəfi görüşmək istəyirsə, mən hazıram”, deyə D.Tramp.