Tramp Qətər məsələsini ərəb liderləri ilə müzakirə etdi
03 iyul 2017 07:54 (UTC +04:00)

Tramp Qətər məsələsini ərəb liderləri ilə müzakirə etdi

0

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderləri ilə telefonla danışıb.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

 

Söhbət zamanı Tramp Qətər ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib.

 

“Prezident qeyd edib ki, regionda birlik Ər-Riyad sammitində qarşıya qoyulan məqsədlər baxımından vacibdir”, məlumatda deyilir. Tramp  həmçinin terrorçuluğun maliyyələşdirilməsinə son qoymağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 457

Oxşar yazılar