ABŞ prezidenti Donald Tramp əvvəlki kimi Şimali Koreya lideri Kom Çen Inla görüşməyə hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev nümayəndəsi Sara Sanders.
“Prezident hazırlanıb və görüşə hazır olacaq. Hazırlıq davam etməkdədir”, - deyə S.Sanders bildirib.
Onun sözlərinə görə, Tramp ABŞ-KXDR sammitindən əvvəl Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşəcək.
Qeyd edək ki, ABŞ və KXDR liderlərinin görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilir. KXDR bir neçə gün əvvəl ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlər keçirməsi səbəbindən görüşdən imtina edəcəyi ilə hədələyib.