Yaxın gələcəkdə rəsmi Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək”, deyə D.Tramp bildirib.
O həmçinin əlavə edib ki, nüvə proqramı inkişaf etdirdiyi təqdirdə İranı çox ciddi fəsadlar gözləyir.