Tramp: "NATO ölkələri müdafiə xərclərini artırmalıdır"
18 may 2018 07:10 (UTC +04:00)

Tramp: "NATO ölkələri müdafiə xərclərini artırmalıdır"

 

 

NATO ölkələri ÜDM-in 2 faizini yox, 4 faizini müdafiə xərclərinə yönəltməlidirlər.  

 

APA-nın xəbərinə görə, bu barədə D.Tramp NATO-nun baş katibi  Yens Stoltenberq ilə görüşündə bildirib.

 

“Daha çox çalışmalıyıq  - biz hələ də 20 ölkənin müdafiə xərclərini 2 çatdırmağını gözləyitik. Amma 2 faix çox azdır, bu göstərici əslində 4 faiz olmalıdır”, - deyə D.Tramp  qeyd edib.

 

Yens Stoltenberq isə bu məsələdə ABŞ-ın liderlik etdiyinə görə minnətdarlıq bildirib.

 

Qeyd edək ki, NATO büdcənin böyük hissəsini ABŞ təmin edir. D.Tramp dəfələrlə alyansı tənqid edərək, müttəfiqlərdən üzvlük haqqını artırmağı tələb edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381
avatar

Oxşar yazılar