ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla Sinqapurda iyunun 12-nə planlaşdırılan görüşü həmin gün baş tutmaya bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp Cənubi Koreya prezidenti Mun Çje İnlə keçirdiyi birgə mətbuat konfransında nüvəzsizləşdirilməni Sinqapur görüşünün keçirilməsi üçün əsas şərt olduğunu bəyan edib.
D.Tramp ABŞ-ın danışıqlara hazırlaşdığını bildirsə də, görüşün təxirə salınacağını istisna etməyib.
Bundan əvvəl vitse-prezident Maykl Pens qeyd edib ki, Vaşinqtonun Şimali Koreya məsələsində heç vaxt hərbi variantı istisna etməyib.