Rusiyanın Tatarıstan Respublikasının Naberejnı Çelnı şəhərində 48 yaşlı erməni Eduard Saqiyan saxlanılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, şəhərdə pinəçi işləyən Saqiyan 150 epizod üzrə zorlamada ittiham edilir.
İlkin araşdırma zamanı məlum olub ki, Eduard Saqinyanın qurbanları kasıb və uğursuz ailələrdən olan qızlar imiş. İstintaqa o da məlum olub ki, Saqinyan ələ keçirdiyi qızları öz mənzilində girov saxlayır, bəzən günlərlə zorlayırmış.
Hazırda polis onun başqa cinayətlərini də araşdırır.