Əfqanıstan prezidenti Əşrəf Qani “Taliban” hərəkatı ilə müvəqqəti atəşkəsə nail olunduğunu bəyan edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Əşrəf Qani “Tvitter” səhifəsində bildirib.
Onun sözlərinə görə, atəşkəs rejiminə müqəddəs Ramazan ayının 27-ci günündən – iyunun 11-dən 19-dək icra olunmağa başlanılacaq.
Əşrəf Qani hökumətin İŞİD terror qruplaşması ilə mübarizəni davam etdirəcəyini qeyd edib.