Talibanı öldürən britaniyalı hərbçiyə ömürlük iş kəsilib
07 dekabr 2013 06:47 (UTC +04:00)

Talibanı öldürən britaniyalı hərbçiyə ömürlük iş kəsilib

Londonun ali məhkəməsi Britaniya ordusunun dəniz piyadası Aleksandr Blekmanı azadlıqdan ömürlük məhrum edib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, 2011-ci ildə yaralı Əfqanıstan talibanını öldürdüyü üçün ittiham olunub.

 

Hakim bildirib ki, 39 yaşlı çavuş Britaniya Hərbi Qüvvələrinin şərəfinə zərər vuraraq, o biri hərbçilərin həyatını təhlükə altına qoyub: «Onun bu davranışı taliblərin qisas alması üçün əsas ola bilərdi».

 

2011-ci ildən bəri bu ilk hadisədir.

 

Olay 2011-ci il noyabrın 15-də Əfqanıstanın Gilmend əyalətində baş verib. Dəniz piyadaları «Apaç» vertolyotundan açılan atəş nəticəsində yaralanmış taliban yaraqlısını aşkarlayıb. Britaniya ordusunun qaydalarına əsasən, yaralı düşmənə yardım göstərilməli və o, hospitala aparılmalıdır. Ancaq dəniz piyadalarından biri tapança ilə yaralını öldürüb.

 

Qətl səhnəsi şifrəli videokamera tərəfindən çəkilib. Bu isə təsadüfən işi araşdıran hərbi polisin əlinə keçib. Video yazıya görə, yoldaşları Blekmana Mane olmağa cəhd göstərməyib.

 

Mənbə xatırladıb ki, ötən il 3 dəniz piyadası həbs edilib. Qətldə iştirak edən 2 əsgər bəraət alıb. Müttəhimlər hərəkətlərini sarsıntı və yorğunluqla əsaslandırıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Oxşar yazılar