Fevralın 16-da İsrail hərbçiləri Suriya ilə sərhədi açaraq, Bəşar Əsəd ordusu ilə döyüşdə yaralınmış 7 suriyalını yaxınlıqdakı xəstəxanaya yerləşdirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin adamlar barəsində əlavə açıqlama verilməyib. Onu da qeyd edək ki, İsrail ilk dəfədir suriyalı yaralını qəbul edib.
«Əsgərlərə onlara tibbi yardım etdi və sonra müayinə olunmaq, müalicə almaq üçün xəstəxanaya göndərdilər»-deyə, şahidlər bildirib.
İsrailin Tsfate şəhəri klinikasının direktorunun sözlərinə görə, suriyalılardan birinin səhhəti olduqca ağır idi və cərrahiyyə əməliyyatından sonra reanimasiyaya yerləşdirilib, daha ikisinin cərrahiyyə müdaxiləsinə ehtiyacı var.
Qərbin informasiya vasitələri bildirib ki, fevralın 16-da üsyançılar hakimiyyətin İsraillə sərhəd bölgələrindəki hərbi birləşmələrə hücum edərək, bir neçə əsgəri girov götürüb, eləcə də silah –sursat və tank ələ keçirib.