Suriyadakı hakimiyyətə bağlı Hərbi Hava Qüvvələri Livanla sərhədboyu əraziləri atəşə tutub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hadisə Livanın Ərsal şəhərində baş verib. İtki və xəsarət alanlar barədə məlumat yayılmayıb.
Məlumata əsasən, bir müddət öncə Dəməşqdəki rejim Livan hakimiyyətindən Bəşar Əsəd hakimiyyətinə qarşı yaraqlılların iki ölkə arasındakı sərhədi keçərək, Suriya ərazisinə keçməsinin qarşısını almağı tələb etmişdi.
Livandakı hakimiyyəti isə Suriyadakı vətəndaş savaşında tərəfsizliyi qorumağa çalışır.