Suriyada 2011-ci ilin martından bəri davam edən münaqişə nəticəsində ölkədəki xəstəxanaların 60 faizi ya dağılıb, ya da bağlanıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda BMT baş katibinin müavini Valeri Amos, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çen və YUNİSEF-in icraiyyə direktoru Entoni Leykin birgə bəyanatında vurğulanıb.
Bəyanatda həkimlərin təcili tibbi yardım göstərməsi üçün səhiyyə müəssislərinin təhlükəsizliyinin təmin olunmasının vacibliyi bildirilib.
«Xəstəxanalara basqın hərbi cinayət sayıla bilər. Münaqişə edən tərəfləri humanitar normalar qanununu pozmamağa çağırırıq»- deyə, sənəd qeyd edilib.