Suriyada müxalifətlə Bəşar Əsəd rejimi arasında münaqişə başlayandan bu ölkədə yüzdən çox KİV təmsilçisi öldürülüb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda «Sərhədsiz reportyorlar» beynəlxalq təşkilatı açıqlama verib.
Bundan başqa 60-dan çox yerli və 14 xarici ölkə mətbuatı nümayəndəsinin taleyindən xəbər yoxdur. Onlar ya itkin düşüb, ya da həlak olub.
«Beləlilkə, Suriya hazırda bütün jurnalistlər və medianın başqa təmsilçiləri üçün təhlükəli ölkədir» - deyə, təşkilat bildirib