Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müxalifət kommunikаsiya texnologiyaları üzrə menecer, Ərəb və Müsəlmanlara Qanuni Dəstək Dərnəyinin üzvü Həsən Hittonu baş nazir seçib.
O, bir neçə on il ABŞ-da yaşayıb. Baş nazirlik uğrunda 12 nəfər mübarizə aparıb. Yığıncaqda iştirak edən 50 nəfərin bağlı qapılar arxasında 14 saatlıq müşavirəsindən sonra 35-i səsini Həsən Hittoya verib.
Yaxın günlərdə o, nazirləri müəyyənləşdirəcək.
Müxalifət hesab edir ki, nəzarət etdikləri ərazini keçid hökumət idarə edəcək.
***
04/28
Suriya müxalifəti İstanbul görüşündə Suriya hökumətinin nəzarətində olmayan ərazilərdə keçid hökumətinə başçı seçir.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin və təşkilatın Suriya xalqının legitim təmsilçisi kimi tanıdığı Suriya Milli Koalisiyasının toplantısında baş nazir vəzifəsinə 12 namizəd var.
Təhlükəsizlik baxımından iki namizədin adı açıqlanmayıb. On namizədin adını diqqətinizə çatdırırıq:
Usamə Kadi –beynəlxalq iqtisadiyyat mütəxəssis;
Əsəd Aşık Mustafa – keçmiş kənd təsərrüfatı nazir;
Behic Molla Haviş – tibb elmlər doktoru;
Salim əl-Maslat – Suriya tayfalar məclisinin sədri;
Doktor Əbdülməcid Yasin əl-Həmdi əl-Məhəmməd əl-Veys
Qassan Hito- ərəb və Müsləmanlara Qanuni Dəstək Dərnəyinin üzvü;
Qeys Abdullah əş-Şeyx –təqaüddü olan hakim və müşavir;
Vəlid əz-Zubi -mühəndis, iş adamı
Mişel Kilo: Suriyp Demokratik Forumunun sədri;
Camal Karslı -mühəndis.
Suriyada iki ildir ki, gedən silahlı münaqişədə 70 min adam ölüb, bir milyon ölkəni tərk edib.