Müxalif Suriya Azadlıq Ordusu Daraa şəhəri yaxınlığındakı raket bazasını ələ keçirib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, müxaliflər sosial şəbəkələrə ələ keçirdikləri hərbi avadanlıq və silahların, o cümlədən radar və ballistik SKAD raketlərinin görüntülərini yerləşdiriblər.
Qeyd edək ki, müxaliflər keçən həftə Hələb vilayətindəki Cerra hərbi aeroportunu və aeroportdakı onlarla qırıcı təyyarəni ələ keçiriblər.