Slovakiyada tuneldə partlayış
12 avqust 2013 21:21 (UTC +04:00)

Slovakiyada tuneldə partlayış

Avqustun 12-də Slovakiyada tikintisi gedən avtomobil tunelində partlayış baş verib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, olay nəticəsində bir nəfər həlak olub, biri ağır olmaqla 5 nəfər yaralanıb.

 

Hadisə tunelin  «Yanovtse- Yablonov» məntəqəsində baş verib.

 

Tikinti aparan şirkətin təmsilçisi Simon Taçakov bildirib ki, partlayış tunelin cənub hissəsində olub. Həlak olanın 39 yaşındadır.

 

Olay yerində polis təhqiqata başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar