Şimali Osetiyada 13 “donuz qripi”nə (А/H1N1/) yoluxma halı qeydə alınıb, xəstəlikdən 1 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Respublikanın səhiyyə nazirinin müavini Tatyana Tsidayeva bildirib.
“Bu günə olan məlumata görə, “donuz qrip” virusundan 1 nəfər dünyasını dəyişib”, deyə nazir müavini bildirib.
Sankt-Peterburqda fəaliyyət göstərən qrip üzrə Elmi Tədqiqat İnstitutunun mütəxəssislərinin rəyinə görə, Rusiyada А/H1N1/ virusuna yoluxma hallarına tək-tək hallarda təsadüf edilir. “Epidemiya barədə söhbət gedə bilməz” – deyə İnstitutdan bildiriblər.