1970 - 1980-ci illərdə Şimali Koreyaya qaçırılmış yaponların qohumları Tokioda BMT-nin özəl komissiyasına baş vermişlərdən danışıblar.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, rəsmi Pxenyan 2002-ci ildə Yaponiya vətəndaşlarının «cəlb edilmə» məqsədi ilə oğurlandığını etiraf etmişdi.
Qaçırılmışlardan birinin anası Mequma Yokata komissiya üzvlərin bildirib ki, 13 yaşlı qızı duman kimi yoxa çıxıb.
Ötən həftə isə Şimali Koreyadan Seula sığınmışlar isə BMT komissiyasına oradakı həbsxanalarda baş verən dözülməz şərait və davranışdan danışıblar.
Pxenyan isə komissiyanı tanımır və onların ölkə ərazisinə buraxılmasına icazə vermir.