Şimali Koreyadan xarici diplomatlara «çıxın» təklifi
05 aprel 2013 22:12 (UTC +04:00)

Şimali Koreyadan xarici diplomatlara «çıxın» təklifi

Rəsmi Pxenyan Rusiya və başqa dövlətlərin ölkədəki səfirliklərinin əməkdaşlarının Şimali Koreyadan çıxmasını təklif edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb kimi yarımdakı şərait əsas göstərilib.

 

Ötən gün Cənubi Koreyanın kəşfiyyat xidməti bildirib ki, Şimal qonşusu ölkənin şərq sahillərinə «Musudun» tipli orta mənzilli ballistik raket gətirib.

 

Bu raket 3-4 min km-lik radiusda hədəfi vurur.

 

Şimali Koreyanın raket quraşdırmasına cavab olaraq, Cənub da dənizə raket əleyhinə müdafiə sistemi çıxarıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790

Oxşar yazılar