2014-2015-ci illərə İordaniya BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, dekabrın 6-da krallıq BAŞ Assambleyada lazım olan səslərin 3-də ikisini alıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı oktyabrda bu yerdən imtina etmişdi. Bu , krallıq 1965-1966 və 1982-1983-cü illərdə iki dəfə TŞ-ın müvəqqəti üzvü olub.
2014-cü il yanrvanı birindən fəaliyyətə başlayacaq müvəqqəti şuranın yeni üzvləri Litva, Nigeriya, Çad, Çili və İordaniya iki il müddətinə Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqonu əvəz edəcək. 2014-cü ilin sonunda isə qurumun o biri beşliyi Avstraliya, Argentina, Lüksemburq, Ruanda və Cənubi Koreya əvəzlənəcək.