Səudiyyədə qadınlara sürücülük vəsiqələri verilir
06 iyun 2018 00:20 (UTC +04:00)

Səudiyyədə qadınlara sürücülük vəsiqələri verilir

Səudiyyə Ərəbistanında ilk dəfə qadınlara sürücülük vəsiqələri verilməyə başlanıb.
 
 
Trend-in məlumatına görə, artıq bir qrup qadın avtomobil idarə etmək hüququ verən sənədi əldə edib.
 
 
Vəsiqəni alan qadınların sayı açıqlanmır.
 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsi qadağası iyunun 24-də aradan qaldırılacaq. Bu barədə ötən ilin sentyabrında Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud fərman imzalamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar