Senator Bob Korker ABŞ prezidenti Donald Trampın yeritdiyi siyasəti tənqid edib.
APA-nın xəbərinə görə, bu barədə “The New York Times” məlumat verib.
Senator deyib ki, Tramp öz işinə realiti şou iştirakçısı kimi yanaşır: “Tramp digər ölkələri təhdid edir, onun hərəkətləri III Dünya müharibəsinə gətirib çıxara bilər. O məni narahat edir. Ölkəmizi düşünən hər bir kəs narahat olmalıdır”.
Qeyd edək ki, Senatda Tennessi ştatını təmsil edən 65 yaşlı respublikaçı seçkiqabağı kampaniya dövründə D.Trampın tərəfdarlarından biri olub.
 
                ![[b]Senator: "Tramp işinə realiti şou iştirakçısı kimi yanaşır"[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png) 
                             
    