Britaniyanın Ermənistandakı səfiri Ketrin Liç televiziya fevralın 18-də keçirilmiş prezident seçkisinin nəticələri ilə bağlı müsahibə verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, seçkinin nəticələrini olduqca mənfi qiymətləndirib.
Britaniyalı səfir deyib ki, Ermənistanda keçirilən prezident seçkisi kütləvi şəkildə kobud qanun pozuntuları ilə müşayiət edilib: «Ermənistandan əhalinin kütləvi şəkildə köçüb getməsinə baxmayaraq, hökumətin tapşırığı ilə mərkəzi seçki komissiyasının seçici siyahısında 2 milyon 500 min adamın adının göstərməsi, bunların hamısının da seçkidə iştirak etdiyini iddia etməsi məntiqsiz görünür».
Səfir seçkilərin qeyri-demokratik və Avropa standartlarına uyğun keçmədiyini bildirib.
Xatırladaq ki, müsahibədən bir neçə saat sonra səfiri Ketrin Liç Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb.