Sarkozi yenidən prezident olmaq istəyir?
14 fevral 2013 04:28 (UTC +04:00)

Sarkozi yenidən prezident olmaq istəyir?

2012-ci ildə Fransada keçirilən prezident seçkisində sosialist Fransua Ollanda məğlub olan o vaxtkı dövlət başçısı Nikolya Sarkozi 2017-ci ildə yenidən bu post uğrunda mübarizə apara bilər.

 

Lent.az-ın «Frans press»-ə istinadən məlumatına görə, keçmiş prezidentin yaxın çevrəsindən sayılan, sabiq baş nazir Alen Jüppe bu ehtimalı irəli sürüb.

 

«Biz onunla telefonla danışırıq. Mən onun siyasəti diqqətlə izlədiyini görürəm» - deyə, Jüppe bildirib.

 

Keçmiş hökumət başçısı bildirib ki, N.Sarkozi 2017-ci ildə keçiriləcək prezident seçkisində namizəd kimi iştirak edəcək.

 

Ancaq onun xanımı Karla Brune həyat yoldaşının yenidən namizədliyini irəli sürəcəyinə inanmadığını söyləyib. Onun qənaətincə, 2017-ci ildə prezident seçkisində mübarizə indiki dövlət başçısı F.Ollandla radikal sağçı Milli Cəbhəniin lideri Marin Lü Pen arasında gedəcək.

 

 «Bəli,inanıram ki, Nikolya Fransanı həmin dəhşətli dueldən xilas edə bilər. Ancaq öz tərəfimdən onun yenidən o yükün altına girməsini zərrə qədərdə istəmirəm. Biz yeni həyat tərzimizdən çox razıyıq»- deyə, K.Brune bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592
avatar

Oxşar yazılar