“İrəvan Ermənistan sülhməramlıları qüvvələrin Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsini dəstəkləyir”. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Almaniyanın “Deutsche Welle” nəşrinə bildirib.
“Biz heç vaxt bunun əleyhinə çıxış etməmişik, lakin hesab edirik ki, bu münaqişə birdəfəlik və tamamilə həll olunmalıdır”, - deyə Sarkisyan bildirib.