Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə mayın 26-da Tbilisiyə səfər edəcək.
APA-nın yerli bürosu Gürcüstan prezidentinin administrasiyasına istinadla xəbər verir ki, bu barədə A.Sarkisyan Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ilə telefon danışığında bildirib.
A.Sarkisyanın təşəbbüsü ilə baş tutmuş telefon söhbətində Gürcüstan-Ermənistan münasibətləri müzakirə olunub. O, Gürcüstan prezidentini Ermənistandakı vəziyyət barədə məlumatlandırıb.
G.Marqvelaşvili isə öz növbəsində bildirib ki, Ermənistandakı prosesləri diqqətlə izləyir və qonşu ölkədə əmin-amanlıq Gürcüstan üçün olduqca vacibdir.