Gürcüstan prezidenti Mixail Saakaşvili prokurorluğu orqan ticarətində iştirakda ittiham edilən xanımı Sandra Rulovsla bağlı materialları açıqlamağa çağırıb.
Lent.az-ın verdiyi məlumata görə, Gürcüstan hərbi polisinin sabiq rəhbəri Meqis Kardavaya istinadən belə məlumatın yayılmasına toxunan Mixail Saakaşvili “İmedi” telekanalında çıxışında deyib ki, o, Meqis Kardava adlı şəxs tanımır.
Gürcüstan prezidenti bildirib ki, əgər prokurorluq faktlara malik olduğunu bəyan edirsə, bu faktlar açıqlanmalıdır: “Qoy açıqlasınlar ki, Sandra Rulovs kimin və hansı orqanını kəsib. Mənə çox maraqlıdır, özümü absurd teatrda hiss edirəm. Hər gün nə isə uydururlar, ancaq fakt yoxdur. Baş prokuror “Asaval-Dasavali” qəzetinin dilində danışmamalıdır. Mən Meqis Kardavanın hansı işlə məşğul olduğuna zəmanət verə bilmərəm, ancaq əminəm ki, Sandra Ruslov məhbusların orqanlarını kəsməyib”.
Qeyd edək ki, Meqis Kardava Gürcüstan hərbi polisinin rəhbəri olub, məhbuslara işgəncədə günahlandırılır. Meqis Kardava barəsində həbs qərarı çıxarılsa da, o, hazırda xaricdə gizlənir.