ABŞ kəşfiyyatı Rza Zərrabı necə tələyə saldı? -<span style="color:red;"> MİLYON DOLLARLIQ PLAN
25 mart 2016 13:06 (UTC +04:00)

ABŞ kəşfiyyatı Rza Zərrabı necə tələyə saldı? - MİLYON DOLLARLIQ PLAN

Azərbaycan əsilli iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsi ilə bağlı maraqlı məqam üzə çıxıb. “Hürriyət” qəzetinin köşə yazarı Çingiz Səmərcioğlu köşə yazısında qeyd edib ki, R.Zərrab ABŞ-a girişinə qoyulan qadağanı ləğv etdirmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentinə 1 milyon dollar rüşvət verib.

 

Ç.Səmərcioğlu iddia edib ki, bir müddət əvvəl R.Zərrab İstanbulda ABŞ konsulluğunda çalışan bir nəfərlə dostlaşıb. Onlar getdikcə daha da yaxınlaşıblar, birgə restoranlara, istirahət yerlərinə gediblər. Bir müddət sonra isə R.Zərrab konsulluq əməkdaşına ABŞ-a girişinə qadağa olması barədə bildirib. Həmin şəxs isə 1 milyon dollar qarşılığında məsələnin həll ediləcəyinə söz verib. Tərəflər vədələşdiyi kimi edib və R.Zərrab həyat yoldaşı, tanınmış müğənni Ebru Gündəş və qızı ilə birgə Mayamiyə uçub. Burada onu qarşılayanlar arasında həmin diplomat da olub və o, biznesmenə deyib ki, 1 milyon dolları geri, onun hesabına qaytarıblar.

 

Maraqlıdır ki, MKİ agenti kimi təqdim edilən həmin diplomat İstanbulda R.Zərraba ABŞ-a girişinə maneənin olmaması ilə bağlı sənəd də veribmiş.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar