Rza Zərrab Zəncaninin işini davam etdirirmiş
27 mart 2016 11:53 (UTC +04:00)

Rza Zərrab Zəncaninin işini davam etdirirmiş

Bir neçə gün əvvəl ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamı Rza Zərrabla bağlı yeni xəbər yayılıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, R.Zarrabın təxminən 1 ay əvvəl İranda edam cəzasına məhkum edilmiş tanınmış biznesmen Babək Zəncani ilə əlaqələri üzə çıxıb.

 

Bildirilir ki, R.Zərrab B.Zəncaninin Türkiyədəki işlərinə davam etdirirmiş. Hətta o, B.Zəncaninin əvəzinə bir nəfərə 200 min dollar da ödəyib.

 

Hazırda R.Zərrabın telefon danışıqları və social şəbəkə üzərindən mesajları araşdırılır. Mesajlar arasında onun 200 min dollarlıq sövdələşmədə iştirakını sübut edən yazşmalar da aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar