Əhalisi ən çox spirtli içkilər içən ölkələrin siyahısı müəyyənləşib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada əhalisi ən çox spirtli içkidən istifadə edən ölkələrlə bağlı araşdırma aparıb.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, araşdırmanın nəticələri gözlənilməz olub. Araşdırma zamanı məlum olub ki, Moldova hər il adambaşına içilən 10 litr alkoqollu içki ilə Avropada birinci yerdədir. İkinci yerdə Lüksemburq, üçüncü yerdə Estoniya çıxıb. Əhalisi ən çox içki içdiyi düşünülən Rusiya isə gözləntilərin əskinə olaraq ilk yerlərdə deyil, 20-ci sırada qərarlaşıb. ÜST-nin hesabatına görə, son illərdə rusların 2/3-i alkoqollu içkidən istifadəyə son qoyub. Həm də artıq içki içən ruslar bel sərt alkoqollu içkiləri sevmir, ucuz deyil, bahalı alkoqollu içkilərə üstünlük verirlər. Rusiyanın siyahıdakı qonşuları Danimarka, Xorvatiya və Böyük Britaniya olub. Türkiyə ən az alkoqollu içki içilən ölkələrdən biri olaraq göstərilib. Norveç, İsveç və İslandiya kimi Skandinaviya ölkələri də siyahının aşağı pillələrində yer alıb.