Rusiyadan Dağlıq Qarabağa kimlər səfər edib ? – SİYAHI
28 avqust 2013 14:52 (UTC +04:00)

Rusiyadan Dağlıq Qarabağa kimlər səfər edib ? – SİYAHI

Rusiyadan Dağlıq Qarabağa səfər etmiş jurnalist və ictimai xadimlərin adları məlum olub.


 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunlar Rusiyanın Ren TV kanalının “Taynı mira” verişinin aparıcısı, keçmiş kəşfiyyatçı Anna Çapman, İctimai Palatanın üzvü, jurnalist Denis Dvornikov, hüquq müdafiəçisi Sergey Karnauxov, “Russkiy reportyor” jurnalı və “Dairynews” informasiya agentliyinin müxbiri Aleksandra Rıjkova, “Opora Rossii” Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatının sədri Pavel Siqal və təşkilatın nümayəndəsi İrina Tolmaçovadır.

 

Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmiş bu şəxslər qondarma “DQR”in rəhbərliyi ilə görüş keçiriblər.

 

İctimai Palatanın üzvü, jurnalist Denis Dvornikov və “Opora Rossii”nin nümayəndəsi İrina Tolmaçova Kəlbəcər və Xankəndində çəkdirdikləri fotoları “facebook” sosial şəbəkəsində yerləşdiriblər.

 

Xatırladaq ki, rusiyalı jurnalist və ictimai xadimlərin bu səfərini Moskvanın “Ermənistan-Rusiya əməkdaşlığı” təşkilatı təşkil edib. Avqustun 30-dək Ermənistanda səfərdə olacaq heyət üzvləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də gediblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1931
avatar

Oxşar yazılar