Rusiyada rektor həbs edilib
08 mart 2013 05:49 (UTC +04:00)

Rusiyada rektor həbs edilib

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət İdarəetmə Universitetinin rektoru Viktor Kozabanenko 7 milyon rubl (228,5 min dollar) məbləğində rüşvət almaqda şübhəli bilərək, həbs edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, universitet ərazisinin təmizlənməsi ilə bağlı müqavilənin imzalanması üçün kommersiya təşkilatından qanunsuz olaraq, «mükafat» istəyib.

 

Müqavilənin dəyərinin 58 milyon dollar olduğu bildirilir.

 

Mənbənin xatırlamasına əsasən, Kozabanenko 2011-ci ilin fevralında rektor vəzifəsinin icrasına başlayıb, bir ay sonra bu vəzifəyə təsdiqlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1325
avatar

Oxşar yazılar