APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
Görüşdə gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, siyasi, iqtisadi-ticarət, enerji və humanitar sahələrdəki əlaqələr müzakirə olunacaq.
O cümlədən Cənubi Qafqazda təhlükəsizliyin təminatı və stabilliyi, MDB məkanına inteqrasiya prosesi də müzakirə predmeti olacaq.